Bioqrafiya

M əmməd Əfşan 27 iyun 1939-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. Azərbaycan Pedaqoji Dillər İnstitutunun fransız dili fakültəsinə daxil olmuş, daha sonra təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsində davam etdirib. Əmək fəaliyyətinə "Abşeron” qəzeti redaksiyasında məsul katib kimi başlayıb. İlk şeiri Qazaxda nəşr olunan "Kommuna yolu” qəzetində, ilk məqaləsi "Azərbaycan gəncləri” qəzetində, ilk felyetonu "Abşeron” qəzetində, xaricdə ilk şeirləri Özbəkistanda və Latviyada dərc olunub. İlk şeirlər kitabı "Dostluq töhfəsi” Daşkənddə nəşr edilib.

 Sayca 50-dən artıq kitab müəllifi olan şairin yaradıcılığı olduqca zəngindir. İlk sanballı əsəri "Üç qardaş” povestlər trilogiyasıdır. Sonra iki cildlik "Mən görən kişilər” publisist xatirələr toplusunu yazıb. "Dünya mənim dünyam deyil” adlı seçilmiş şeirlər kitabı nəşr olunub. Daha sonra "Sönməz ocağın dühası” (M.Əlizadə ilə birlikdə), "Ömür karvanı”, "Bir ömrün dastanı” (rus dilinə tərcümə olunub), "Göyçənin tərlanı”, "Kişiliyi yaşadan kişi”, "Əzablı yolların yolçusu”, "Qasırğalar burulğanında”, "Tale hökmü”, "Qaçaq Tavat” adlı povest və romanları, "Buzov” və "Tanrı hökmü” pyesləri şairin yaradıcılığında zənginliyi özündə əks etdirən ən qiymətli əsərlərdir. Ən son şeirlər toplusu olan "Taleyim alnıma yazılıb mənim” kitabı isə bu il nəşr olunub.

 

Quisque lorem tortor

Curabitur et ligula

A liquam fermentum in, dolor. Pellentesque facilisis. Nulla imperdiet sit amet magna. Vestibulum dapibus, mauris nec malesuada fames ac turpis velit, rhoncus eu, luctus et interdum adipiscing wisi. Phasellus erat ac ipsum. Integer aliquam purus. Quisque lorem tortor fringilla sed, vestibulum id, eleifend justo vel bibendum. Cum sociis natoque penatibus et ultrices volutpat.

Nullam wisi ultricies a, gravida vitae, dapibus risus ante sodales lectus blandit eu, tempor diam pede cursus vitae, ultricies eu, faucibus quis, porttitor eros cursus lectus, pellentesque eget, bibendum a, gravida ullamcorper quam. Nullam viverra consectetuer. Quisque cursus et, porttitor risus. Aliquam sem. In hendrerit nulla quam nunc, accumsan congue. Lorem ipsum primis in nibh vel risus. Sed vel lectus. Ut sagittis, ipsum dolor quam.